AZ

Lukaşenko rüşvət alarkən tutulan nazirlə bağlı qərar verdi

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Belarus Prezidenti Aleksandr Lukaşenko rüşvət alarkən tutulan Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi naziri Sergey Maslyakı işdən çıxarıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

“Maslyak dövlət qulluğu vəzifəsi tutmaqla bir araya sığmayan cinayət törətdiyinə görə vəzifəsindən azad edilib”, – deyə bildirilib.

Qeyd edək ki, martın 12-də Lukaşenko Maslyakın rüşvətxorluq şübhəsi ilə saxlanıldığını açıqlamışdı.

Belarus liderinin sözlərinə görə, məmur cinayət başında yaxalanıb. Daha sonra o, məhkəməyəqədərki həbsxanaya yerləşdirilib. Hazırda keçmiş nazir olan şəxs hələ məhkəməyəqədərki həbsdə olarkən günahını etiraf edib.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
globalinfo.az

1Mənbələr