AZ

“Barselona” Avropanı qorxuya saldı"

"Arsenal" klubunun sabiq futbolçusu Tyerri Anri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İspaniyanın "Barselona" komandasının İngiltərənin "Nyukasl" üzərində qazandığı böyükhesablı qələbəni şərh edib.

90deqiqe.Az xəbər verir ki,fransalı keçmiş hücumçu Kataloniya təmsilçisinin çıxışını yüksək qiymətləndirib:

“Barselona", sizi təbrik edirəm. Avropa təhlükəni hiss edir. Kataloniyalılar sadəcə qələbə qazanmadı, əsl futbol zəlzələsi yaratdı. Bu oyun tarixə düşəcək. Belə oynayan “Barselona” hər şeyə qadirdir. Möhtəşəm komandadır”.

Xatırladaq ki, “göy-qırmızılar” rəqibini 7:2 hesabı ilə məğlub edib.

Dörddəbir final mərhələsində “Barselona”  "Atletiko Madrid" komandası ilə qarşılaşacaq.

Seçilən
21
90deqiqe.az

1Mənbələr