AZ

Sabah hava necə olacaq? - PROQNOZ

Bakı. Trend:

Martın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Trend MilliHidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıdavə Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə vəsəhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüzşimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-17° isti olacaq.Atmosfer təzyiqi 752 mm civə sütunundan 758 mm civə sütununayüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakingecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Dağlıqərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir dumanolacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlardagecə 0-5° isti, gündüz 10-15° isti olacaq.

Seçilən
49
49
az.trend.az

10Mənbələr