AZ

"Komandamın oyunundan razıyam"

İngiltərənin "Aston Villa" klubunun baş məşqçisi Unay Emeri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Fransanın "Lill" komandasına qarşı qazanılan 2:0 hesablı qələbəni şərh edib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib:

“Komandamın oyunundan razıyam. Kifayət qədər nizam-intizamlı çıxış etdik, lakin hər şeyin ideal olduğunu deyə bilmərəm. Qol imkanlarımız yarandıqda onları dəyərləndirdik. İlk qolu əks-hücumdan vurduq. Rəqibin hücuma atılacağını bilirdik və bundan istifadə etdik”.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən İngiltərə təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib.

Növbəti mərhələdə Unay Emerinin rəhbərlik etdiyi kollektiv İtaliyanın "Bolonya" komandası ilə üz-üzə gələcək.

Seçilən
20
90deqiqe.az

1Mənbələr