AZ

Dünya Xoşbəxlik Günündə insanlar hansı ölkədə daha xoşbəxdir? - ARAŞDIRMA

BMT-nin Dünya Xoşbəxtlik Günündə dərc olunan "Xoşbəxtlik Hesabatı"nda əvvəlki illərdə olduğu kimi, yenə də şimal ölkələri ən xoşbəxt ölkələrin reytinqində üstünlük təşkil edib. 

"Cebheinfo.az" xəbər verir ki, Finlandiya ardıcıl doqquzuncu il dünyanın ən xoşbəxt ölkəsi seçilib. Finlandiyadan sonra İslandiya, Danimarka, Kosta Rika, İsveç, Norveç, Hollandiya, İsrail, Lüksemburq və İsveçrə gəlir. 

Türkiyə ötən ilki ilə eyni səviyyədə 147 ölkə arasında 94-cü mövqeyini qoruyub. Almaniya beş pillə irəliləyərək 17-ci ən xoşbəxt ölkə olub. Əfqanıstan ən bədbəxt ölkə kimi müəyyən edilib, ardınca Syerra-Leone, Malavi, Zimbabve, Botsvana, Yəmən və Livan gəlir. 

Xoşbəxtliyin "sirri"

2023-cü ildə 23-cü yerdə olan Kosta-Rika bu il 4-cü sırada yer alması diqqət çəkib. Hesabatın müəlliflərindən biri olan Jan-Emmanuel De Neve deyib: 

"Biz bunun onların sosial həyatlarının keyfiyyəti və hazırda sahib olduqları sabitliklə əlaqəli olduğunu düşünürük". Professor deyibr ki, ümumiyyətlə, Latın Amerikasında digər yerlərə nisbətən daha güclü ailə əlaqələri, sosial əlaqələr və daha yüksək səviyyəli sosial kapital mövcuddur. 

Hesabatda bildirilir ki, Finlandiya və digər Skandinaviya ölkələrinin daim yüksək reytinqdə yer alması sərvət və resursların ədalətli bölgüsü, iqtisadi tənəzzül risklərindən qoruyan rifah dövləti və sağlam orta ömür uzunluğu ilə əlaqədardır. 

Sosial media gənclərin xoşbəxtliyinə təsir göstərir

Hesabata görə, intensiv sosial media istifadəsi gənclərin xoşbəxtlik səviyyələrinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu təsirlər, xüsusən də ingilisdilli ölkələrdə və Qərbi Avropada gənc qızlar arasında narahatedicidir. 

Hesabatda bildirilir ki, gündə beş saat və ya daha çox sosial mediadan istifadə edən 15 yaşlı qızlar daha az istifadə edənlərlə müqayisədə həyat məmnuniyyətinin azaldığını bildirirlər. 

Tədqiqatçılar bildiriblər ki, onlar sosial mediadan gündə bir saatdan az istifadə edən gənclərin ən yüksək xoşbəxtlik səviyyəsinə malik olduqlarını aşkar ediblər. Lakin hesabata görə, yeniyetmələr gündə orta hesabla iki saat yarım sosial mediada vaxt keçirirlər. 

Hesabatda bildirilir ki, ən problemli platformalar influenserləri, alqoritmik yayımları və vizual məzmuna üstünlük verən platformalardır. Bu platformaların şəxslərarası müqayisələri təşviq etdiyi vurğulanır. 

Tədqiqatçılar qeyd edirlər ki, sosial media istifadəsi ilə xoşbəxtlik arasındakı əlaqə Yaxın Şərq və Cənubi Amerika kimi bölgələrdə daha müsbətdir və intensiv sosial media istifadəsinə baxmayaraq, gənclərin rifahında heç bir azalma yoxdur. 

Hesabat bunu bir çox fərqli səbəblərlə əlaqələndirsə də, sosial media istifadəsinin bəzi ölkələrdə gənclərin xoşbəxtlik səviyyəsinə əhəmiyyətli dərəcədə təsir etdiyi vurğulanır. 

Seçilən
29
1
cebheinfo.az

2Mənbələr