AZ

Onlar Azərbaycanı finalda təmsil edəcəklər

Azərbaycan Fəlsəfə Olimpiadasının nəticələrinə əsasən, ölkəni Beynəlxalq Fəlsəfə Olimpiadasının final mərhələsində təmsil edəcək şagirdlər müəyyənləşib.

AzEdu.az xəbər verir ki, seçim turunun yekunlarına görə, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin şagirdi Barış Abbaslı və 147 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Əhməd Qurbanlı beynəlxalq final mərhələsinə vəsiqə qazanıblar.

Beynəlxalq Fəlsəfə Olimpiadasının final mərhələsi 2026-cı il 14–17 may tarixlərində Polşanın Varşava şəhərində keçiriləcək. Yarış Polşa Təhsil Nazirliyi və Varşava Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Fəlsəfə Olimpiadası 24 yanvar 2026-cı il tarixində 8–11-ci sinif şagirdləri üçün təşkil olunub. Olimpiada çərçivəsində iştirakçıların fəlsəfi təfəkkürü, analitik düşünmə və arqumentasiya bacarıqları qiymətləndirilib. Şagirdlər müxtəlif fəlsəfi mövzular üzrə esse yazaraq fikirlərini əsaslandırmaq və məntiqi şəkildə ifadə etmək bacarıqlarını nümayiş etdiriblər.

Təşkilatçıların məlumatına görə, Azərbaycan komandasına rəhbərliyi Global Olympiad Centerin həmtəsisçisi Eyvaz Qafarov edəcək. (mənbə Azərbaycan müəllimi)

Seçilən
27
1
azedu.az

2Mənbələr