Milli Məclisinin deputatı Heydər Əsədov şəhid ailəsini ziyarət edib, vətəndaşlarla görüşdü -Fotolar
19 mart 2026-cı il tarixində millət vəkili Heydər Əsədov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında vətəndaşlarla görüşüb.
Qəbul zamanı millət vəkili şəhər sakinlərinin müraciətlərini diqqətlə dinləyərək onların sosial problemləri ilə yaxından maraqlanıb. Müraciət edən vətəndaşların bir qisminə maddi yardım göstərilib, digər müraciətlər isə aidiyyəti qurumlara yönləndirilib və nəzarətə götürülüb.
Görüşün əsas məzmununu şəhər əhalisinin sosial problemlərinin öyrənilməsi, onların həlli istiqamətində operativ addımların atılması və vətəndaş məmnunluğunun təmin edilməsi təşkil edib.
Qəbuldan sonra millət vəkili Heydər Əsədov şəhid ailələrini ziyarət edib. Belə ki, Birinci Qarabağ müharibəsi şəhidi Əlikiram Hətəmovun və İkinci Qarabağ müharibəsi şəhidi Namiq Xəlilovun ailələri ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıb, onlara mənəvi dəstək göstərilib və lazımi köməkliklər edilib.
Bayramlar ərəfəsində keçirilən bu cür görüşlər xüsusi əhəmiyyət daşıyır. Qarşıdan gələn Ramazan bayramı və Novruz bayramı münasibətilə vətəndaşlarla bir araya gələn millət vəkili onların bayram sevincinə şərik olub, xoş arzularını çatdırıb və ehtiyacı olan ailələrə dəstəyini göstərib.