AZ

Gənə təhlükəsi: dişləmədən də yoluxmaq mümkündür

İnsan gənə dişləməsi olmadan da təhlükəli infeksiyaya yoluxa bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, xüsusilə qaynadılmamış süd və ya gənənin əzilməsi bu riski artırır.

Doğru.az xəbər verir ki, bu barədə Kalininqrad vilayətinin Rospotrebnadzor idarəsinin rəhbəri Yelena Babura RIA Novosti-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, gənə ensefaliti virusu heyvanı gənə dişlədikdən sonra südə keçir və bu səbəbdən çiy süd və süd məhsulları ciddi risk daşıyır. Həmçinin yoluxmuş gənəni əzmək və ya dişlənmiş nahiyəni qaşımaq da virusun orqanizmə keçməsinə səbəb ola bilər.

Məsələ ilə bağlı daha əvvəl Mixail Lebedev gənə sancmaları zamanı ilk yardım qaydalarından danışıb.

Eyni zamanda, Moskva vilayətinin uşaq yoluxucu xəstəlikləri üzrə baş mütəxəssisi Yelena Meskina bildirib ki, 2026-cı ildə gənələrin aktivləşməsi mart ayından etibarən gözlənilir.

DOĞRU.AZ

Seçilən
44
1
dogru.az

2Mənbələr