AZ

İran müharibəsindən qaçanlar Avropaya BURAXILMAYACAQLAR

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Avropa Birliyi Yaxın Şərq Zirvə Toplantısının iştirakçıları Yaxın Şərqdəki münaqişənin 2015-ci ildəki qaçqın böhranının təkrarlanmasına səbəb olacağından xüsusi narahatlıqlarını ifadə ediblər. 

Həmin vaxt AB qanunsuz miqrant dalğasına məruz qalmışdı və bir ildə bir milyondan çox insan Avropaya getmişdi.

“Cebheinfo.az” xəbər verir ki, bu dəfə AB liderləri qaçqınları qəbul etmək əvəzinə, onların Avropaya girməsinin qarşısını almaq üçün bütün tədbirləri görəcəklərinə söz veriblər.

Sənəddə vurğulanır ki, mövcud münaqişə hələlik Avropa İttifaqına miqrasiya axınlarına çevrilməsə də, AB yüksək səviyyədə sayıqlıq saxlamalıdır.

Xəzər

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
1
cebheinfo.az

2Mənbələr