AZ

70 min amerikalı Yaxın Şərqi tərk edib - Dövlət Departamenti

İrana qarşı hərbi əməliyyatın başlamasından bəri 70 mindən çox amerikalı Yaxın Şərqi tərk edərək ABŞ-yə qayıdıb.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Tommi Piqott "X" hesabında açıqlayıb:

"28 fevraldan bəri 70 mindən çox Amerika vətəndaşı Yaxın Şərqdən təhlükəsiz şəkildə ABŞ-a qayıdıb".

Onun sözlərinə görə, Dövlət Departamenti 50 min amerikalının qayıtmasına kömək edib və 60-dan çox çarter reysi təşkil edib.

Musavat.com

Seçilən
131
musavat.com

1Mənbələr