AZ

Dörd cüdoçumuz bu gün Tbilisidə tatamiyə çıxır

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə "Böyük Dəbilqə" turniri start götürəcək. Sport24.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından dördü tatami üzərinə çıxacaq.

Kişilər arasında Turan Bayramov (66 kq) 1/32 finalda fransalı Kilian Noelə üz-üzə gələcək. Eyni çəkidə Rəşad Yelkiyev isə 1/16 finalda niderland təmsilçisi Yoxem van Hartenlə qarşılşacaq.

Qadınların mübarizəsində Könül Əliyeva (48 kq) monqolustanlı Mişel Altanşaqayınla münasibətlərə aydınlıq gətirəcək. Mübarizəyə 1/8 finaldan başlayan Leyla Əliyeva (52 kq) isə israilli Gefen Primo ilə üz-üzə gələcək. 

Qeyd edək ki, "Böyük Dəbilqə"nin təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 17:00-da başlayacaq. Turnirə martın 23-də yekun vurulacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
97
8
sport24.az

10Mənbələr