AZ

Daxili işlər naziri bu rayonlarda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Daxili

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən ulusum.az-a bildirilib ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 1-də Cəlilabad rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan və Neftçala rayonlarının sakinləri iştirak edə bilərlər.Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 31.03.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı aprelin 1-də 08:00-da Cəlilabad Olimpiya İdman Kompleksində keçiriləcək.Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Diqqət Çəkənlər

30 manatlıq cərimənin səbəbi nədir?

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolunu TƏSDİQLƏDİ

Seçilən
26
29
ulusum.az

10Mənbələr