AZ

Siyasi "ölülər"in hakimiyyət davası 

Xalqımızın ən əziz və sevimli bayramı olan Novruz ölkəmizin bütün güşələrində olduğu kimi, paytaxt Bakıda da xüsusi coşqu və böyük məhəbbətlə qeyd edilir.

Bakıda metronun "Gənclik" stansiyasının yaxınlığında yerləşən və ötən il istifadəyə verilən yeni istirahət parkında Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsi və "Regional İnkişaf" İctimai Birliyi ilə birgə Bakı sakinləri, şəhərimizin çoxsaylı qonaqları, həmçinin uşaq evlərinin balaca sakinləri, internat məktəblərinin şagirdləri üçün "Ruhumuza bahar gəlir" adlı möhtəşəm Novruz şənliyi təşkil edilib. Yüksək bayram əhvali-ruhiyyəsində təşkil edilən və xüsusi zövqlə bəzədilmiş parkda  xalq tətbiqi sənət nümunələrinin təbliğ edildiyi çadırlar quraşdırılıb. Tədbirdə əllərində dövlət bayraqları olan milli geyimli atlıların, dəvələrin, ponilərin müşayiəti ilə Kosa, Keçəl, Bahar qız, nağaraçılar, jonqlyorlar, pəhləvanlar və çalğıçılar iştirak ediblər. 

Tədbir zamanı mərkəzdə quraşdırılan səhnədə tanınmış incəsənət nümayəndələri ilə yanaşı, rəqs kollektivləri çıxış edib, kəndirbazlar öz məharətlərini göstərib, idman meydançasında zorxana, güləş, kəndirdartma, gimnastika üzrə nümunəvi çıxışlar olub. 

Eyni zamanda çadırlarda müxtəlif sahələr üzrə ustad dərsləri keçirilib, iştirakçılara paxlava, çay təqdim olunub.  Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qız tədbirə toplaşanları şənləndirib, bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.  

Gün ərzində davam edən bayram tədbiri iştirakçıların yüksək sevincinə səbəb olub və bayram əhvali-ruhiyyəsi yaradıb.

"Azərbaycan"

Seçilən
42
azerbaijan-news.az

1Mənbələr