Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu gün Misli Premyer Liqasının XXV turunun növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, günün açılış qarşılaşmasında "Kəpəz" klubu "Qarabağ"la üz-üzə gələcək.
Yevlax şəhər stadionunda keçiriləcək matç saat 15:00-da başlayacaq.
Günün digər qarşılaşmasında isə "Neftçi" "İmişli"ni qəbul edəcək. Saat 19:15-də start götürəcək görüş "Palms Sports Arena"da oynanılacaq.
Misli Premyer Liqası
XXV tur
20 mart
15:00. "Kəpəz" - "Qarabağ"
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Yevlax şəhər stadionu.
19:15. "Neftçi" - "İmişli"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Palms Sports Arena".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.