AZ

Sumqayıtda maşın AŞDI - Ölən var

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun xəbərinə görə, hadisə "Yaşma bağları" adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü, 1969-cu il təvəllüdlü Davud Fərhad oğlu Bazşıyev ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Seçilən
57
8
milli.az

10Mənbələr