AZ

Ulduz futbolçu şahmat turnirinə investor oldu

BAKI, 20 mart. TELEQRAF

İngiltərənin “Mançester Siti” klubunun ulduz futbolçusu Erlinq Holann “Norway Chess” turniri və yeni “Total Chess World Championship” şahmat turuna investor olub.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında məlumat verilib.

“Şahmat inanılmaz oyundur. O, düşüncəni inkişaf etdirir və futbolla açıq paralellər var. Tez düşünmək, instinktlərinə güvənmək və gedişləri bir neçə addım öncədən hesablamaq lazımdır. Strategiya və planlama hər şeydir. Mən “Norway Chess”ə sərmayə qoyuram, çünki inanıram ki, yeni dünya turu şahmatı bütün dünyada tamaşaçılar üçün daha da populyar edə bilər. “Norway Chess”in arxasında duran komanda artıq turnirin inkişafı üçün təsirli işlər görüb. Belə bir layihədə iştirak etmək imkanı qaçırılmayacaq qədər cəlbedici idi”, – deyə Holann bildirib.

Qeyd edək ki, turnir hər il dünyanın ən güclü şahmatçılarının iştirakı ilə keçiriləcək. Dörd fərqli şəhərdə təşkil olunacaq yarış dörd turnirdən ibarət olacaq. Yeni çempionat FIDE tərəfindən ən azı 16 il müddətinə təsdiqlənib.

Pilot turnirin 2026-cı ilin payızında keçirilməsi planlaşdırılır, tam mövsüm isə 2027-ci ildə baş tutacaq. Yarışın mükafat fondu minimum 2,7 milyon dollar olacaq.

Seçilən
56
teleqraf.com

1Mənbələr