AZ

Ağır qəza oldu -

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə "Yaşma bağları" adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü, 1969-cu il təvəllüdlü Davud Fərhad oğlu Bazşıyev ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Seçilən
51
metbuat.az

1Mənbələr