AZ

Əməkdar artist Raziyyə Şirinova vəfat edib

Azərbaycanın Əməkdar artisti, məşhur müğənni Raziyyə Şirinova vəfat edib.

News365.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, o, hələ tələbə ikən "Lalə" qızlar ansamblının, 1964-1970-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1968-ci ildə gənc muğam ustalarının respublika müsabiqəsinin qalibi adına layiq görülüb.

1980-ci ildə R.Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist vəzifəsinə qəbul edilib və 2005-ci ilə kimi orada çalışıb. Teatrda fəaliyyət göstərdiyi illərdə o, bir çox yaddaqalan obrazlar - "Əsli və Kərəm"də Əsli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Tutu və Əmiqızı, "Leyli və Məcnun"da Məcnunun anası və s. rollarda çıxış edib.

R.Şirinova Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2006-cı ildə "Əməkdar artist" fəxri adı ilə təltif olunub.

Seçilən
60
10
news365.az

10Mənbələr