AZ

SEPAH İran müxalifətinə qarşı hərəkətə keçdi: Xəbərdarlıq SMS-ləri göndərilir

SEPAH müxalifət hərəkatları ilə əlaqədə şübhəli bilinən İran vətəndaşlarına SMS xəbərdarlıqları göndərib.

Musavat.com xəbər verir ki, məlumatı SEPAH-a yaxın olan Fars xəbər agentliyi yayıb.

SEPAH kəşfiyyat xidmətindəki mənbəyə görə, vətəndaşlara "müxalifət Telegram kanallarına üzvlüklərinin və fəaliyyətlərinin nəzarət altında olduğu" bildirilib və onlara yuxarıda qeyd olunan icmaları tərk etməsələr, qanuni tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilib. SEPAH-ın kəşfiyyat mənbəyi müxalifət kanallarının guya "İsrail tərəfindən nəzarətdə olduğunu" iddia edib.

Xəbərdə vətəndaşların üzv olduqları konkret kanallar və fəaliyyətləri dəqiqləşdirilməyib.

Qeyd edək ki, 17 martda İran məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhsəni-Ejei İsrail və ABŞ ilə əməkdaşlıqda, eləcə də onların adından casusluqda ittiham olunanların ölüm cəzası ilə üzləşəcəyini və ya əmlaklarının dövlətə tamamilə müsadirə olunacağını açıqlayıb.

15 martda İran Polis Rəisi general Rza Radan bildirib ki, hüquq-mühafizə orqanları 28 fevraldan bəri düşmənlə əməkdaşlıq etmək şübhəsi ilə ən azı 500 nəfəri saxlayıb.

Musavat.com

Seçilən
61
2
musavat.com

3Mənbələr