AZ

İrandakı vəziyyət Pezeşkianın şanslarını artırır - Yusif Bağırzadə

İrandakı

"Bu gün İsrail-İran və digər tərəfdən ABŞ-İran müharibəsi davam edir və bu müharibə zamanı İsrailə və ABŞ-yə məxsus hərbi hava qüvvələri İranın yüksək çinli siyasi və dini rəhbərlərini məhv edir, yəni qətlə yetirir. Nəzərə alsaq ki, İranda son prezident seçkilərində islahatçıların nümayəndəsi olan cənab Məsud Pezeşkian hakimiyyətə gəldi və bu seçki kifayət qədər legitim xarakter daşıyırdı, bundan sonra mühafizəkarlarla islahatçılar arasında mübarizə daha da kəskinləşdi".Redaktor.az-a istinadən Ulusum.az xəbər verir ki, bu fikirləri Yusif Bağırzadə açıqlamasında səsləndirib.Onun sözlərinə görə, müharibəni analiz edəndə görürük ki, İsrail və ABŞ tərəfindən hədəfə alınan şəxslər, yanvar hadisələrində İran mülki vətəndaşlarının qətlinə səbəb olan, qana bulaşmış fiqurlar olur:"Xüsusilə mühafizəkar qanada, yəni dini-ruhani cərəyana mənsub şəxslər hədəf alınır. Bildiyiniz kimi, cənab Donald Trump qeyd edir ki, İran daxilindən hər hansı bir şəxsin və ya qüvvənin hakimiyyətə gəlməsində maraqlıdır. Bu yanaşma gələcəkdə baş verə biləcək qırğınların və İranın parçalanmasının qarşısını ala bilər. Çünki İraq, Liviya və digər ölkələrdə baş verən hakimiyyət dəyişikliyi ABŞ üçün olduqca baha başa gəldi, xüsusilə İraq nümunəsi. Buna görə də Venesuela variantı prioritet hesab olunur və bu, İran daxilindən bir şəxsin hakimiyyətə gəlməsi ssenarisidir.Görünən odur ki, böyük ehtimalla ya cənab Məsud Pezeşkian, ya dini liderin ailəsindən olan Həsən Xomeyni, ya da islahatçı qanadı təmsil edən Həsən Ruhani və digər fiqurlar ön plana çıxa bilər. Hazırkı mərhələdə Pezeşkianın şansları daha yüksək qiymətləndirilir. O, yaxın vaxtlarda İran İslam İnqilabı Keşikçiləri Korpusu rəhbərliyinin qorunması ilə bağlı lazımi tədbirlərin görülməməsi məsələsinə görə ittihamlar səsləndirib. Əvvəldən də Ərtəş, Bəsic, SEPAH və digər strukturlarla Pezeşkian arasında fikir ayrılıqları mövcuddur. Nəzərə alsaq ki, İran əhalisinin mühüm hissəsini Azərbaycan türkləri təşkil edir, bu amil də Pezeşkianın şanslarını artırır".

Diqqət Çəkənlər

30 manatlıq cərimənin səbəbi nədir?

Prezident MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolunu TƏSDİQLƏDİ

Qazaxıstanda monoqalaların sayı 19-a düşdü: Ekibastuz monoqala statusundan çıxarıldı

Seçilən
19
1
ulusum.az

2Mənbələr