ain.az bildirir, sport24.az portalına istinadən.
Misli Premyer Liqasında 25-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin üçüncü oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk görüşü Yevlaxda keçiriləcək. Elitada qalmaq uğrunda mübarizə aparan "Kəpəz" çempionluğa iddialı "Qarabağ"ı qonaq edir. Komandaların qarşısında fərqli hədəflər olsa da, hər ikisinin meydana qələbə üçün çıxacağı heç kimə sirr deyil. Bəlkə də ilk baxışdan Ağdam təmsilçisini asan oyun gözlədiyini düşünmək olar. Ancaq unutmayaq ki, "sarı-göylər" ikinci dövrədə Qurban Qurbanovun komandasına məğlubiyyət acısı yaşatmağı bacarıb.
Qeyd edək ki, oyunun start fiti saat 15:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXV tur
15:00. "Kəpəz" - "Qarabağ"
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin ƏliyevVAR: Rauf CabarovAVAR: Namiq HüseynovHakim-inspektor: Feyzulla FeyzullayevAFFA nümayəndəsi: Elman MusayevYevlax. Şəhər stadionu.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.