Braziliya prezidenti Luis İnasio Lula da Silva beynəlxalq ictimaiyyəti ABŞ administrasiyasının digər qitələrə və ölkələrə nəzarət etmək hüququna malik olmasına imkan verməməyə çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə o, hökumətin YouTube kanalında yayımlanan ictimai çıxışında danışıb: “Biz heç kimin dünyaya sahib olduğunu düşünməsinə və Qrenlandiyanı, Panama kanalını, Kubanı və ya Venesuelanı ələ keçirmək barədə danışmasına icazə verə bilmərik. Bu mümkün deyil. Planetimizə müharibə yox, sülh lazımdır".
Silvanın sözlərinə görə, dünyanın aparıcı ölkələri "xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət etməyi öyrənməlidirlər".
Musavat.com