AZ

“Barselona” 30 milyon avro ödəməmək üçün Reşfordu yenidən icarəyə götürmək niyyətindədir

“Barselona” bu yay 26 milyon funt sterlinq (30 milyon avro) məbləğində ödəniş etməmək üçün “Mançester Yunayted”dən hücumçu Markus Reşfordun icarə müddətini daha bir mövsüm uzatmağı xahiş edəcək.

İdman.Biz bu barədə “Daily Mail”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “blauqrana” “qırmızı şeytanlar”ın cinah oyunçusunun icarə müddətini satın alma bəndi ilə uzatmağa razı olacağına əmindir. “Barselona” bu mövsümün sonunda 30 milyon avro məbləğində ödənişin bir hissəsini ödəyəcək. Reşford 2027-ci ildə “blauqrana” ilə daimi müqavilə imzalayacaq.

Bu mövsüm hücumçu bütün yarışlarda 38 oyunda iştirak edib, 10 qol vurub və 13 məhsuldar ötürmə edib. Transfermarkt-a görə, onun bazar dəyəri 40 milyon avrodur.

İdman.Biz
Seçilən
79
1
idman.biz

2Mənbələr