AZ

Rusiya XİN İsrail səfirini çağırır − Jurnalistlərə hücuma görə

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyi tezliklə İsrailin Moskvadakı səfiri Oded Yosefi çağıracaq və ona Livanda RT jurnalistlərinə hücumla bağlı Rusiyanın qiymətləndirməsini təqdim edəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamasında bildirilib.

Diplomat xatırladıb ki, martın 19-u İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubuna raket hücumu nəticəsində orada iş başında olan RT ekipaj üzvləri yaralanıb. Zaxarova onlara tezliklə sağalmalarını arzulayıb və Moskvanın İsrailin hərəkətlərini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirdiyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
yeniavaz.com

1Mənbələr