AZ

Bayram namazının saatı və yeri açıqlandı

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanda Ramazan bayramı ilə bağlı mühüm açıqlama verilib, məscidlərdə bayram namazının qılınacağı saatlar məlum olub.Demokrat.az-ın məlumatına görə, martın 20-də səhər saat 08:00-da Bakıda yerləşən Əjdərbəy məscidində ilk bayram namazı qılınacaq. Paytaxtın əsas ibadət ocaqlarından olan Təzəpir məscidində isə bayram namazı saat 09:00-da başlayacaq.Bayram namazının Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınacağı gözlənilir.Bununla yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası da fitrə zəkatı ilə bağlı vacib məqamı açıqlayıb. Bildirilib ki, bu ibadət Ramazan ayının son günü – bayram axşamı şam namazından sonra yerinə yetirilməlidir. Tövsiyəyə əsasən, fitrə zəkatının məbləği adambaşına 10-15 manat müəyyən edilib.Qeyd edək ki, bayram günlərində məscidlərdə sıxlıq nəzərə alınaraq vətəndaşlara ibadət zamanı təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
100
demokrat.az

1Mənbələr