AZ

Mettyus üçün mövsüm bitdi

ain.az, Footbal-plus saytına istinadən bildirir.

“Tampa-Bey”in rusiyalı hücumçusu Nikita Kuçerov cümə günü “Detroyt” üzərində qələbəyə (4:1) iki məhsuldar ötürmə ilə töhfə verdi. 32 yaşlı hokkeyçi müntəzəm çempionatda keçirdiyi 863-cü oyunda xal hesabını 1100-ə (391+709) çatdırdı. Kuçerov MHL tarixinə Şimali Amerikanın hüdudlarından kənarda dünyaya gəlib, bu həddə çatan 14-cü oyunçu kimi düşdü. O həm də Şimali Amerikdan olmayan hokkeyçilər arasında 1100 xal toplamaq baxımından ən sürətli 4-cü oyunçudu. Nikita bu göstəricidə yalnız Yaromir Yaqr (825), Yari Kurri (824) və Piter Ştyastnıdan (793) geri qalır. Rusiyalı ulduz 2025/26 mövsümündə keçirdiyi 60 oyunda 106 (34+72) xal toplayıb.Bu arada MHL-in ulduzlarından biri, “Toronto”nun hücumçusu Oston Mettyusun “Anahaym”la oyunda (6:4) aldığı ağır zədə üzündən mövsümün qalan hissəsini buraxacağı məlun olub. 28 yaşlı amerikalı 2-ci periodun sonunda rəqibin kapitanı Radko Qudasın sərt güc fəndinə məruz qalıb. “Anahaym”ın oyunçusuna sona qədər qovulub, Mettyus isə meydanı həmklublarının yardımı ilə, sol ayağına buz üzərinə basa bilmədən tərk edib. MHL-in müvafiq qurumu Qudası 5 oyunluq cəzalandırıb. Mettyus cari mövsümdə keçirdiyi 60 oyunda 53 (27+26) xal toplayıb.MHL ilə bağlı daha bir maraqlı xəbər odu ki, “Los-Anceles”in kapitanı Anje Kopitar klub tarixinin bombardirləri siyahısında 1-ci pilləyə yüksəlib. 38 yaşlı sloveniyalı komandasının “Nyu-Cersi”yə 4:6 uduzduğu oyunda dulb etməklə yeni rekordçuya çevrilib. Kopitar müntəzəm çempionatlarda keçirdiyi 1505 oyunda 1308 (450+858) xal toplayıb. O, “Los-Anceles”in heyətində 1975-87-ci illər aralığında 1307 xal toplayan Marsel Dionnun göstəricisini arxada qoyub. 2006/07 mövsümündən bəri “Los-Anceles”in şərəfini qoruayn Kopitar “krallar”la iki dəfə (2012, 2014) Stenli kubokunu qazanıb. Sloveniyalı forvard bir müddət əvvəl MHL-də sonuncu mövsümünü keçirdiyini açıqlayıb.13 martBaffalo – Vaşinqton 1:2 (1:0, 0:1, 0:1)Boston – San-Xose 2:4 (0:1, 0:1, 2:2)Karolina – Sent-Luis 1:3 (1:0, 0:1, 0:2)Nyu-Cersi – Kalqari 4:5 (1:2, 1:2, 2:1)Tampa-Bey – Detroyt 4:1 (0:0, 1:0, 3:1)Toronto – Anahaym 6:4 (1:2, 2:1, 3:1)Florida – Kolambus 2:1 OT (0:0, 0:1, 1:0, 1:0)Vinnipeq – Reyncers 3:6 (0:1, 2:1, 1:4)Dallas – Edmonton 7:2 (3:0, 2:2, 2:0)Minnesota – Filadelfiya 2:3 B (0:1, 2:0, 0:1, 0:0)Yuta – Çikaqo 2:3 OT (0:0, 1:0, 1:2, 0:1) Vankuver – Neşvill 4:3 B (1:1, 0:2, 2:0, 0:0)Veqas – Pittsburq 6:2 (1:0, 2:2, 3:0)Sietl – Kolorado 1:5 (0:3, 1:1, 0:1)14 martAylenders – Los-Anceles 2:3 (0:3, 1:0, 1:0)Sent-Luis – Edmonton 3:2 OT (0:0, 0:1, 2:1, 1:0)Ottava – Anahaym 2:0 (0:0, 2:0, 0:0)Vaşinqton – Boston 2:3 B (0:0, 1:1, 1:1, 0:0)Vinnipeq – Kolorado 3:1 (0:0, 2:0, 1:1)15 martMinnesota – Reyncers 2:4 (0:2, 1:2, 1:0)Aylenders – Kalqari 3:2 (3:0, 0:0, 0:2)Baffalo – Toronto 3:2 B (1:1, 1:1, 0:0, 0:0)Monreal – San-Xose 2:4 (1:1, 1:2, 0:1)Nyu-Cersi – Los-Anceles 6:4 (2:0, 0:3, 4:1)Tampa-Bey – Karolina 2:4 (0:2, 2:0, 0:2)Filadelfiya – Kolambus 1:2 B (1:1, 0:0, 0:0, 0:0)Dallas – Detroyt 3:2 OT (1:0, 1:0, 0:2, 1:0)Yuta – Pittsburq 3:4 (2:0, 0:2, 1:2)Vankuver – Sietl 2:5 (1:2, 0:1, 1:2)Veqas – Çikaqo 4:0 (3:0, 1:0, 0:0)Vinnipeq – Sent-Luis 3:2 (2:0, 0:0, 1:2)16 martOttava – San-Xose 7:4 (1:2, 3:1, 3:1)Monreal – Anahaym 3:4 (0:1, 3:2, 0:1)Minnesota – Toronto 2:4 (0:0, 0:3, 2:1)Sietl – Florida 6:2 (3:1, 1:0, 2:1)Edmonton – Neşvill 3:1 (1:0, 1:0, 1:1)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
3
icma.az

4Mənbələr