İtaliyanın Baş naziri Ciorcia Meloni, özü Kiyevə 90 milyard avro məbləğində kreditin ayrılmasını dəstəkləsə də, Macarıstanın Baş naziri Viktor Orbanın vetosunu başa düşdüyünü bildirib.
Publika.az xəbər verir ki, bu barədə "Politico" beş avropalı mənbəyə istinadla məlumat yayıb.
Qeyd edilib ki, Meloni tərəfdaşları ilə söhbətində Orbanın vetosuna anlayışla yanaşdığını bəyan edib.
Nəşrin məlumatına görə, İtaliyanın Baş naziri macarıstanlı həmkarının hərəkətlərini "normal" adlandırıb, həmçinin etiraf edib ki, əgər Orbanın mövqeyində olsaydı, o da eyni cür davranardı.
"Politico" qeyd edib ki, mənbələrin heç biri iclas zalında olmayıb; orada yalnız liderlər iştirak edib və onlar daha sonra baş verənlər barədə nəşrin həmsöhbətlərinə danışıblar.