"Real Madrid"in keçmiş oyunçusu Qaret Beyl "Barselona"nın Çempionlar Liqasındakı çıxışına yüksək qiymət verib.
90deqiqe.Az xəbər verir ki, "Mundo Deportivo" sabiq futbolçunun dediklərini belə çatdırıb.
"Barselona" "Nyukasl"a qarşı inanılmaz oyun nümayiş etdirdi. Bu qələbə əla komanda tərzində qazanılıb. Yamal və Rafinya parlaq oyun nümayiş etdiriblər. "Bu "Barselona"nın parlaq gələcəyi var. Məşqçi hər bir oyunçunun güclü tərəflərindən necə istifadə edəcəyini başa düşür"
Qeyd edək ki, Hans-Diter Flikin komandası dörddəbir finalda "Atletiko Madrid" ilə qarşılaşacaq. "Döşək istehsalçıları" ilə oyunlar 8 və 14 apreldə keçiriləcək.