AZ

Məhkumlardan 101 kq-lıq tort

Rusiyanın Novosibirsk vilayətində yerləşən ciddi rejimli 14 saylı Cəza Çəkmə Müəssisəsində məhkumlar qeyri-adi rekorda imza atıblar.

Musavat.com xəbər verir ki, müəssisədə fəaliyyət göstərən kulinariya dərnəyinin iştirakçıları çəkisi 101 kiloqram, uzunluğu isə 1 metrdən artıq olan nəhəng “Napoleon” tortu hazırlayıblar.

Bildirilir ki, məhkumlar əvvəlcə belə böyük ölçülü tort üçün resepti və inqrediyent nisbətlərini diqqətlə hesablayıblar. Daha sonra onlar bişirmə və bəzəmə texnikalarını praktiki şəkildə mənimsəyərək işi yekunlaşdırıblar.

107c48e0-98a6-493d-bc44-97588b5546a7.jpg

Nəticədə hazırlanan “Napoleon” tortu müəssisənin tarixində ən ağır şirniyyat məhsulu kimi qeydə alınıb.

CÇM-nin rəis müavini Yevgeni İsakov da rekordun xüsusi qeyd kitabına salındığını təsdiqləyib.

 

Musavat.com

Seçilən
140
musavat.com

1Mənbələr