AZ

Pentaqon F-35-in missiyadan sonra təcili eniş etdiyini açıqladı

Pentaqon F-35-in missiyadan sonra təcili eniş etdiyini açıqladı

ABŞ-ın F-35 qırıcı təyyarəsinin İran üzərində yerinə yetirdiyi döyüş tapşırığından sonra Amerikanın regional aviabazalarından birində təcili eniş edib.

AFN.az xəbər verir ki, bu barədə açıqlamanı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) verib. ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı və CENTCOM-un rəsmi nümayəndəsi Tim Hokins bildirib ki, təyyarə təhlükəsiz şəkildə yerə enib və pilotun vəziyyəti stabildir. Hokins həmçinin əlavə edib ki, baş vermiş hadisə ilə bağlı hazırda araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl İranın rəsmi dövlət radiosu (VOI) ABŞ-a məxsus F-35 qırıcısının vurulduğunu bəyan edib.

Seçilən
81
afn.az

1Mənbələr