AZ

Qrossi: İranın nüvə təcrübəsi məhv edilə bilməz

İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyatlar dağıntılara səbəb olsa da, bu, ölkənin təcrübə və texniki imkanlarını məhv etmək mümkün deyil.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) direktoru Rafael Qrossi deyib.

"Ən vacib məsələ budur ki, (İranın - red) 60 faizlik uran ehtiyatı hələ də oradadır", - Qrossi bildirib.

O əlavə edib ki, tərəflər davamlı və uzunmüddətli həll üçün yenidən danışıqlara məcbur olacaq:

"Masa arxasında ABŞ və İrana ehtiyacımız var. Agentlik kömək edə bilər. Bəlkə də Omanın səyləri yenidən canlanacaq, amma bu siyasi müzakirədir".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Seçilən
49
2
far.az

3Mənbələr