AZ

Zelenski: “ABŞ bu müharibəni bitirməyə hazırdır”

Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində ABŞ-ın bu müharibəni bitirməyə hazır olduğunu və yaxın şənbə günü Amerikada danışıqlar qruplarının görüşünün planlaşdırıldığını bəyan edib. Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinin siyasi hissəsi artıq danışıqlar üçün yola düşüb.

KONKRET.az xəbər verir ki, dövlət başçısı danışıqlarda yaranmış fasilənin başa çatdığını vurğulayıb: “Danışıqlarda fasilə var idi, artıq onu bitirməyin vaxtıdır. Biz hər şeyi edirik ki, bu müzakirələr həqiqətən məzmunlu olsun. Ukrayna komandası — məhz danışıqlar qrupunun siyasi hissəsi artıq yoldadır və biz bu şənbə günü Amerika Birləşmiş Ştatlarında görüşlərin keçiriləcəyini gözləyirik”.

Xatırladaq ki, Kreml tərəfi də bundan əvvəl danışıqların dayandığını təsdiqləmişdi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd etmişdi ki, Amerika tərəfinin “digər prioritetləri” olduğu üçün proses pauza vəziyyətindədir. O, danışıqların amerikalı vasitəçilərlə qrafiklər razılaşdırıldıqdan sonra bərpa olunacağını bildirmişdi.

Natiq Səlim,
KONKRET.az

Seçilən
71
konkret.az

1Mənbələr