ABŞ və İsrailin İranın Təbriz şəhərinə (Qaraməlik bölgəsi – red.) hava hücumu nəticəsində "Bəsic"in 13 əməkdaşı öldürülüb, daha 18 nəfər yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə "Khabar Fouri" Şərqi Azərbaycanın vilayət rəhbərliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, Təbrizə bundan əvvəlki hücum zamanı dronun "Bəsic"ə məxsus avtomobilə çırpılması nəticəsində təhlükəsizlik qüvvələrinin iki əməkdaşı həlak olub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.