
İran hərbi qüvvələri İsrail ərazisinə qarşı yeni raket zərbələri dalğasına başlayıib.
AFN.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb. Bildirilir ki, hücum İsrailin Baş naziri Benyamin Netanyahunun mətbuat konfransı keçirdiyi vaxtda başlayıb.
Agentliyin xəbərində qeyd olunur: "İsrail baş naziri Netanyahunun ölkəmizin raket potensialının məhv edildiyini iddia etdiyi bir vaxtda, İran İsrailə qarşı yeni hücum dalğasına start verir".
Bildirilir ki, növbəti raket yaylımı əsasən İsrail ərazisinin şimal hissəsini hədəf alıb.