AZ

Şahın oğlu "İrs dəstələri" yaradır – İranda yeni təşkilatlanma dalğası

İranın sonuncu şahının oğlu Rza Pəhləvi ölkənin mədəni və təbii sərvətlərinin məhv edilməsinin qarşısını almaq üçün soydaşlarını kütləvi şəkildə təşkilatlanmağa çağırıb.

Musavat.com xəbər verir ki, Pəhləvi 1979-cu il inqilabından sonra bir çox tarixi abidələrin zərər gördüyünü xatırladaraq, eyni faciənin təkrarlanmaması üçün "Ölməz Qvardiya"nın tərkibində xüsusi "İran İrsi Dəstəsi"nin yaradılmasını təklif edib.Şahzadə iranlıları yerlərdə abidələri qorumaq üçün yerli özünümüdafiə özəkləri formalaşdırmağa, xaricdəki diasporu isə bu prosesə maliyyə və informasiya dəstəyi verməyə səsləyib. Özünün də bu dəstəyə üzv olacağını bəyan edən Pəhləvi, bu strukturun gələcəkdə daimi fəaliyyət göstərən bir quruma çevrilməli olduğunu vurğulayıb. Onun bu müraciəti İranda daxili gərginliyin artdığı və İsrailin strateji zərbələri nəticəsində mərkəzi hakimiyyətin zəiflədiyi bir vaxtda, monarxiya tərəfdarlarının və xalqın mədəni kimliyinə sahib çıxmaq cəhdi kimi qiymətləndirilir.

Hesab olunur ki, Pəhləvinin "Ölməz Qvardiya" terminindən istifadə etməsi həm də ordudakı vətənpərvər qüvvələrə rejimin çökməsi fonunda milli dəyərləri qorumaq üçün gizli bir mesajdır. Bu çağırışın ardından Tehran və İsfahan kimi tarixi şəhərlərdə gənclərin abidələrin ətrafında toplaşmağa başladığı və xalqın mümkün iğtişaşlara qarşı öz mədəniyyətini sığortalamaq istədiyi müşahidə olunub.

 

Musavat.com

Seçilən
43
8
musavat.com

9Mənbələr