AZ

"Neftqaztikinti" Trestində Ramazan və Novruz bayramlarına həsr olunmuş tədbir keçirilib

Bu gün SOCAR-ın "Neftqaztikinti" Trestində Müqəddəs Ramazan və Novruz bayramlarına həsr olunmuş tədbir keçirilib. 

“İki sahil” xəbər verir ki, Trestin müdiri Qağaməli Seyfullayev tədbiri açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayramlar münasibəti ilə Qağaməli Seyfullayev və HİK-in sədri Əli Qurbanov çıxış edərək öz təbriklərini və arzularını tədbir iştirakçılarına bildiriblər.

Daha sonra Q.Seyfullayev tədbirdə iştirak edən şəhid ailələrinə, həmçinin tresti idman yarışlarında uğurla təmsil edən Lilya Xametova və Esmira Nəsrəddinovanı təbrik edib və onlara HİK tərəfindən hazırlanmış hədiyyələr təqdim edilib.

Sonra Trestin rəhbər şəxsləri tədbir iştirakçılarını təbrik etdilər. 

Trestin ƏMŞ-nin rəis müavini, şəhid atası Meyvəddin Ramaldanov və Trestin sabiq əməkdaşı, şəhid Rasim Sadıxovun həyat yoldaşı Şəhla Əhmədova çıxış edərək onlara göstərilən qayğı və diqqət üçün dövlət başçısına minnətdarlığını bildiriblər, habelə Qağaməli Seyfullayevə şəhid ailələrinə daim dəstək olduğu üçün təşəkkür ediblər. 
Natiqlər sonda tədbir iştirakçılarını Müqəddəs Ramazan və Novruz bayramları münasibəti ilə səmimi-qəlbdən təbrik edib, möhkəm cansağlığı, bol ruzi bərəkət, xoşbəxtlik arzulayıblar.

Seçilən
29
ikisahil.az

1Mənbələr