AZ

​"Fənərbaxça" ulduzunu göndərə bilər

"Fənərbaxça"nın futbolçusu Sofyan Amrabat karyerasını Yunanıstanda davam etdirə bilər. Metbuat.az xəbər verir ki, "Olimpiakos" klubu futbolçunun xidmətində maraqlıdır. Həmçinin İspaniyanın "Vilyarreal" klubunun da Mərakeş millisinin yarımmüdafiəçisi ilə maraqlandığı qeyd olunur.

Qeyd edək ki, bu mövsüm "Real Betis"də 11 oyun keçirən Sofyan Amrabat uzunmüddətli zədədən sonra ötən həftə heyətə qayıdıb. "Fənərbaxça" Amrabatı 2024-cü ildə 2 milyon avro dəyərində icarə haqqı və 12 milyon avroluq məcburi alış seçimi ilə transfer edib. Mərakeşli ulduzun "Fənərbaxça" ilə müqaviləsi 2028-ci ildə yekunlaşır.

Seçilən
51
4
metbuat.az

5Mənbələr