AZ

Qonşunun quraşdırdığı kamera narazılığsa səbəb oldu

Sosial şəbəkələrdə yayılan görüntülər növbəti dəfə qonşuluq münasibətlərini müzakirə mövzusuna çevirib.

Publika.az xəbər verir ki, vətəndaş qonşusunun qapısı üzərində quraşdırdığı təhlükəsizlik kamerasından narahat olduğunu bildirir. Onun sözlərinə görə, kameradan gələn səs gündəlik həyatına mənfi təsir göstərir və şəxsi rahatlığını pozur.

Maraqlıdır, yaşayış binasında təhlükəsizlik kamerası quraşdırılması qanunla necə tənzimlənir? Qonşuların hüquqları harada başlayır və harada bitir?

Hüquqşünas Mircavid Miriyev Baku TV-yə bildirib ki, mənzillərdə təhlükəsizlik kameralarının quraşdırılması ilə bağlı qanunvericilikdə xüsusi qadağa nəzərdə tutulmayıb:

"Səs ciddi narahatlıq yaradır və hüquqları pozursa, vətəndaş qonşusuna müraciət edərək səsin azaldılmasını tələb edə bilər. Texniki baxımdan bu mümkün olmadıqda isə cihazın dəyişdirilməsini istəmək hüququ var. Hüquqlarının müdafiəsi üçün məhkəməyə mülki qaydada müraciət etmək də mümkündür".

Seçilən
20
publika.az

1Mənbələr