Böyük Britaniyanın Baş naziri Kir Starmer Qətərə dəstəyin davam edəcəyini bildirib.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, o, bu fikirləri Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani ilə telefon danışığı zamanı səsləndirib.
Starmer Qətərin enerji obyektlərinə endirilən İran zərbələrini pisləyib.
“Bu cür məsuliyyətsiz hücumlar regionu daha da dərin böhrana sürükləyə və bütün dünyada, o cümlədən Böyük Britaniyada hiss olunan ciddi iqtisadi nəticələri ağırlaşdıra bilər”, – deyə o bildirib.
Baş nazir əlavə edib ki, “Böyük Britaniya Qətəri və Fars körfəzindəki bütün müttəfiqlərini dəstəkləməyə davam edəcək”.