AZ

ABŞ İrana quru qoşunları göndərəcək?

ABŞ Prezidenti Donald Tramp İrana quru qoşunları göndərəcəyi barədə iddialara münasibət bildirib. Metbuat.az xəbər verir ki, o, Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə Ağ Evdə görüşü zamanı danışıb. “Mən heç yerə qoşun göndərmirəm” deyən Tramp bu barədə planı olsa belə danışmayacayını ifadə edib.

Qeyd edək ki, “Reuters” agentliyi Donald Trampın İrana quru qoşunları göndərməyi nəzərdən keçirdiyini irəli sürmüşdü. “Reuters” agentliyinin məsələyə yaxın mənbələrə və ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, bu qərar ABŞ Prezidentinə bir sıra seçimlər təqdim edəcək. Bu, neft tankerlərinin Hörmüz boğazından keçidinin hava və dəniz qüvvələri ilə müşayiət olunmasını və boğazın təhlükəsizliyini təmin etmək üçün İranın sahil xəttinə qoşunların yerləşdirilməsini əhatə edir. Həmçinin bildirilir ki, Tramp administrasiyası İranın neft ixracatının 90 faizinin mərkəzi olan Xark adasına da qoşun göndərməyi nəzərdən keçirir.

Seçilən
61
metbuat.az

1Mənbələr