AZ

İşıqforlarda saniyəölçən tablolar yığışdırılırVİDEO

Bakıda işıqforlarda saniyəölçən tablolar yığışdırılır. Buna səbəb yollarda yarana biləcək təhlükələri nisbətən azaltmaqdır.

Xezerxeber.az-ın məlumatına görə, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin apardığı müşahidələr əsasında məlum olub ki, bir sıra qəzalar saniyəölçənlərin olduğu ərazilərdə baş verir.

Buna görə də yenilənmə işləri aparılır. Proses mərhələli şəkildə həyata keçirilir.

Bəzi sürücülər isə bildirirlər ki, saniyəölçənlərin olması onların işini asanlaşdırırdı.

Nəqliyyat məsələləri üzrə ekspertlər isə deyirlər ki, əksinə, yenilik nəticəsində sürücülər daha diqqətli hərəkət edəcəklər. Nəticədə isə süni tıxaclar azalacaq.

Ekspert Anar Abbasovun sözlərinə görə, bəzi ölkələrdə yalnız yaşıl və qırmızı siqnallardan ibarət işıqforlar tətbiq olunur ki, bu da qəza riskini minimuma endirməyə kömək edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
19
1
xezerxeber.az

2Mənbələr