
“Walker, Texas Ranger” serialındakı baş rolu ilə tanınan amerikalı aktyor Çak Norris Havayın Kauai adasındakı xəstəxanaya aparılıb.
Yeniavaz.com xəbər verir ki, TMZ bu barədə mənbələrə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, bu ayın əvvəlində 86 yaşını qeyd edən aktyor və döyüş sənətçisi bir gün əvvəl məşq keçirib.
Aktyorun xəstəxanaya yerləşdirilməsinin səbəbi ilə bağlı heç bir məlumat verilməsə də, onun əhval-ruhiyyəsinin yaxşı olduğu bildirilir.