Rusiya Ukraynanın işğal olunmuş ərazilərində Telegram messencerinin fəaliyyətini məhdudlaşdırmağa başlayıb. “Azadlıq” radiosunun məlumatına görə, xüsusilə Luqansk bölgəsində tətbiqin işi ciddi şəkildə zəifləyib.
QHT.az xəbər verir ki, sakinlərin sözlərinə görə, mesajlaşmada gecikmələr artır, zənglər isə ya işləmir, ya da keyfiyyətsizdir. VPN istifadəsi problemi qismən həll etsə də, hər yerdə effektiv deyil. Bildirilir ki, oxşar problemlər Donetsk və digər işğal olunmuş ərazilərdə də müşahidə olunur. Eyni zamanda, Rusiyada da Telegram-la bağlı nasazlıqlar artıb və tətbiqin rəsmi bloklanmasının 1 aprel 2026-cı ildən başlayacağı gözlənilir.
Mütəxəssislər hesab edir ki, bu addımlar informasiyaya nəzarətin gücləndirilməsi ilə bağlıdır.
Pərvanə Fərhadqızı