“Bir rəy oxudum, telekanalların birində Avroviziya ilə bağlı açıqlamam var idi. Biz hazırlaşırdıq ki, mahnımızı təqdim edək, layihələr o qədər çoxdur ki, çatdıra bilmədik. Yazmışdılar ki, “bu Avroviziyaya getmək istəyirmiş” və gülüş işarəsi qeyd edib”.
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Nuran Elnarə Bəkirovanın “İdeyadan uğura” layihəsində deyib.
O bildirib ki, dəvət olunsa, Avroviziyada ölkəmizi təmsil etmək istəyər:
“Mən həyatda hər şeyi istəyirəm. İstəmək ən gözəl duadır, bunu heç kim qadağa edə bilməz. Mümkünsüz olan hər şeyi istəyirəm. Bu, o demək deyil ki, Avroviziyaya gedib, orada oxuya bilmərəm. İnsan öz yerini biləndə rahat yaşayır. Bu gün mənə ehtiyac olarsa, məmnuniyyətlə ölkəmi təmsil edərəm. Yoxdursa, özümü gözə soxmaqla yaşamaram”.
Könül
Musavat.com