İranın Hava Hücumundan Müdafiə (HHM) qüvvələri ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “F-35” qırıcısını vurduğunu, təyyarənin ciddi zədə aldığını bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
“F-35” qırıcısı bu gecə saat 02:50-də (Bakı vaxtı ilə saat 03:20 – red.) Mərkəzi İran səmasında SEPAH Hava-Kosmik Qüvvələrinin qabaqcıl HHM sistemləri tərəfindən hədəf alınıb. Təyyarənin ciddi zədələndiyi bildirilir.
“Qırıcının taleyi hələlik məlum deyil, araşdırma aparılır. Onun yerə düşmə ehtimalı olduqca yüksəkdir”, – deyə məlumatda qeyd olunur.
Məlumatda həmçinin vurğulanır ki, İranın HHM qüvvələri tarixdə ilk dəfə ABŞ-nin beşinci nəsil “F-35” qırıcısını vurmağa nail olub.
20:24
ABŞ Hərbi Hava Qüvvələrinin beşinci nəsil “F-35” qırıcısı İranın Hava Hücumundan Müdafiə qüvvələrinin atəşinə məruz qaldıqdan sonra döyüş tapşırığını yarımçıq qoyaraq Yaxın Şərqdəki hərbi bazalardan birinə təcili eniş etməyə məcbur olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb
ABŞ-nin Mərkəzi Komandanlığının nümayəndəsi, kapitan Tim Hokins pilotun təcili eniş etməyə məcbur olduğunu təsdiqləyib.
Telekanalın qeyd etdiyinə görə, bu hadisə genişmiqyaslı döyüş əməliyyatları başlayandan bəri ABŞ təyyarəsinin İran atəşi ilə vurulduğu ilk təsdiqlənmiş haldır.
Qeyd edək ki, bir ədəd “F-35” qırıcısının dəyəri 100 milyon dollardan çoxdur. /oxu.az/