AZ

Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırıldı

Bakı, 19 mart, AZƏRTAC

Dövlət qulluğunda əməkhaqqı sisteminin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə bu sahədə çalışanlara ödənilən mükafat, staja görə əlavələr və müalicə müavinətləri ləğv olunur. Yeni qərara əsasən, ləğv edilən bu əlavələr dövlət qulluğunda çalışanların vəzifə maaşlarının baza hisəsinə daxil edilir. Belə ki, əvvəl əməkhaqqının baza hissəsi 35-45 faiz idi isə, indi 95 faizdən çox təşkil edəcək.

Ekspertlərin fikrincə, həyata keçirilən dəyişikliklər gənc və peşəkar mütəxəssislər üçün bu sahənin cəlbediciliyini artıracaq. Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.

Seçilən
74
1
azertag.az

2Mənbələr