“Yeraltı” serialı hər çərşənbə axşamı tamaşaçıları ekran qarşısına toplayaraq maraqla izlənilməyə davam edir.
Musavat.com xəbər verir ki, güclü ssenarisi və dinamik süjet xətti ilə seçilən layihə, aktyor heyətini daha da zənginləşdirir.
Berna Aruzun qələmə aldığı, Murat Öztürkün rejissorluq etdiyi serialın yaradıcı komandası bu dəfə heyətə yeni bir aktyorun qoşulduğunu elan edib. Tanınmış aktyor Orhan Becerir artıq “Yeraltı” ailəsinin bir parçasıdır.
Becerir serialda “Kaan” obrazını canlandıracaq. Onun canlandırdığı obraz, Osman Albayrakın həyat verdiyi İsmailin oğlu kimi süjetə daxil olacaq. Maraqlı məqam isə odur ki, Kaan obrazı ilk dəfə serialın 8-ci bölümündə tamaşaçı qarşısına çıxacaq və hadisələrin gedişatına ciddi təsir göstərəcək.
Könül
Musavat.com
![]()