AZ

Ağdaşda avtomobil aşdı - Sürücü yaralandı

Ağdaşdà qadın sürücünün idarə etdiyi maşın aşıb.

"Unikal" xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistrallnın rayonun Ləki qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib. Paytaxt sakini - İmanova Şəlalə İldırım qızının idarə etdiyi "Hundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Yaralı sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Seçilən
64
unikal.az

1Mənbələr