AZ

Braziliya millisinin üzvü Mançester Yunayted ə keçə bilər

ain.az, Sportal.az saytına istinadən bildirir.

"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraeş Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə ESPN televiziyası məlumat yayıb.

"Qırmızı şeytanlar" Gimaraeşi yayda heyətinə qatmağı planlaşdırır. 28 yaşlı oyunçunun keçidinin təxminən 80 milyon avroya rəsmiləşmək ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, "Nyukasl" Bruno Gimaraeşi 2022-ci ilin yanvarında "Lion"dan 42 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə "sağsağanlar"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
1
sportal.az

2Mənbələr