AZ

Dövlət qulluğunda yeni maaş sistemi Hansı yeniliklər olacaq?

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Son günlər “Dövlət qulluğu haqqında” qanuna və digər müvafiq qanunvericilik aktlarına edilən dəyişikliklər Azərbaycanda dövlət qulluğu sahəsində əməkhaqqı sistemində ciddi və köklü yeniliklərin planlaşdırıldığını göstərir. Bu dəyişikliklər dövlət qulluqçularının əməkhaqqına və ümumilikdə sistemin şəffaflığına hansı real təsirləri göstərəcək?

Globalinfo.az-a danışan iqtisadçı-professor Elşad Məmmədov bildirib ki, dövlət qulluğunda əlavələrin maaşlara daxil edilməsi əməkhaqqı sisteminin təkmilləşdirilməsinə uyğun şərait yaradacaq:

“Nəzərə almaq lazımdır ki, bu yanaşma dövlət qulluğu sistemində əməkhaqları ilə bağlı optimal şərait formalaşdıracaq. Sabitlik təmin ediləcək, əməkhaqqı gözləntiləri aydın olacaq və gözlənilən nəticələr əldə olunacaq. Ən önəmli məqamlardan biri isə şəffaflıq baxımından müsbət nəticələrə zəmin yaratmasıdır”.

Professor bu məsələdə beynəlxalq təcrübəni də bölüşüb:

“Beynəlxalq təcrübədə aparılan iqtisadi tədqiqatlar göstərir ki, əməkhaqqı sistemində bu yeniliklərin tətbiqi bir sıra problemli məsələlərin həllinə mühüm töhfə verir. Xüsusilə vurğulamaq istəyirəm ki, gənc mütəxəssislərin yüksək peşəkarlığa malik kadrlarla Dövlət qulluğunda işləməyə motivasiyası, eləcə də bu sahədə stimullaşdırılmaları baxımından bu yeni yanaşmaların tətbiqi müsbət nəticələr gətirəcək”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
83
globalinfo.az

1Mənbələr